Pleyeri seçin:

Dünya Bankının Azərbaycanla bağlı proqnozları

14 yanvar 2026 552 baxış

Dünya Bankı Azərbaycanın ÜDM-nin 2026-cı ildə 1,8%, 2027-cı ildə isə 1,7% artacağını proqnozlaşdırır.

Bu barədə bankın "Qlobal İqtisadi Perspektivlər" hesabatının yanvar buraxılışında qeyd olunub.

Proqnozlar oktyabr qiymətləndirmələri ilə müqayisədə dəyişməz qalıb. Bankın hesablamalarına görə, ötən ildə Azərbaycan iqtisadiyyatı 1,9% artıb.

Maliyyə institutunun proqnozlarına əsasən, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı bu ildə 3,3%, gələn ildə isə 3,1% səviyyəsində olacaq.

Hesabatda qeyd olunub ki, Azərbaycanda iqtisadi fəallıq karbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinin düşməsi və büdcə siyasətinin sərtləşməsi ilə məhdudlaşacaq.

Ermənistan və Gürcüstanda yüksək baza səviyyəsindən sonra iqtisadi fəallığın normallaşması ilə özəl istehlakın yavaşlaması gözlənilir, pul köçürmələrinin zəifləməsi və ixrac gəlirlərinin azalması isə cari hesablara təzyiq göstərəcək.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi bu ildə ÜDM-in 2,9%, gələn ildə isə 3,3% artımını proqnozlaşdırır.

Hesabatda həmçinin Azərbaycan-Ermənistan arasındakı münasibətlərin yeni reallığına da vurğu edilib. Qeyd olunur ki, 2025-ci ilin avqustunda paraflanmış Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin sabitliyin möhkəmlənməsinə və regional inteqrasiyanın dərinləşməsinə töhfə verəcəyi gözlənilir.

ABŞ Energetika Nazirliyi isə Azərbaycanın 2027-cı il üzrə neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozunu dəyişməyərək əvvəlki səviyyədə saxlayıb.

Nazirliyin məlumatında bildirilir ki, gələn il Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatının 540 min barel səviyyəsində olacağı gözlənilir. Bu göstərici 2026-cı il proqnozu ilə eynidir.

Azərbaycanda bir ilk: “John Deere”in yeni texnologiyaları ADAU-da təqdim edildi - Baku TV

Azərbaycanda bir ilk: “John Deere”in yeni texnologiyaları ADAU-da təqdim edildi - Baku TV

İqtisadiyyat
21 sentyabr 2026 552 baxış
"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

İqtisadiyyat
20 sentyabr 2026 552 baxış
Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 552 baxış
Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 552 baxış
SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 552 baxış
Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü | Rəsmilər arasında nələr müzakirə olundu? - Baku TV

Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü | Rəsmilər arasında nələr müzakirə olundu? - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 552 baxış
SOCAR Neftçilər Günü ilə bağlı xüsusi videoçarx hazırlayıb - Baku TV

SOCAR Neftçilər Günü ilə bağlı xüsusi videoçarx hazırlayıb - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 552 baxış
Regionların dəyişən siması: turizm, iş və yerli iqtisadiyyat - AKTUAL GÜNDƏM

Regionların dəyişən siması: turizm, iş və yerli iqtisadiyyat - AKTUAL GÜNDƏM

İqtisadiyyat
18 sentyabr 2026 552 baxış
Şamaxıdakı kompleks turizm, istirahət və sağlamlıq xidmətlərini bir məkanda birləşdirir - Baku TV

Şamaxıdakı kompleks turizm, istirahət və sağlamlıq xidmətlərini bir məkanda birləşdirir - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 552 baxış
2027-ci il büdcəsinin ilkin göstəriciləri | Millət vəkili nələri açıqladı? - Baku TV

2027-ci il büdcəsinin ilkin göstəriciləri | Millət vəkili nələri açıqladı? - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 552 baxış
Seçilmişlər
icon