Elnur Əliyev Azərbaycan iqtisadiyyatı ilə bağlı əsas istiqamətləri açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“2024-cü ilin yanvar-noyabr aylarında ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 % artıb”.
Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2024-cü ildə fəaliyyəti ilə fərqlənmiş sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi artımın əsas drayveri olan qeyri-neft sektoru 11 ay ərzində 6,4 % artıb:
“ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin payına düşüb.
2024-cü ilin doqquz ayı ərzində ölkədə 69,6 min yeni iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92 %-dən çoxu qeyri-dövlət sektorunda açılıb. 2024-cü ildə özəl sektorda əmək müqavilələrinin payı 2018-ci ildəki 37,1 %-dən 52,4 %-ə çatıb”.
#Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi teqi istifadə olunub
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV
