Hindistanın ”ONGC Videsh” şirkəti Azərbaycana nə qədər investisiya yatırıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın “ONGC Videsh” şirkəti Azərbaycan iqtisadiyyatına bu günə qədər təxminən 1,5 milyard ABŞ dolları həcmində investisiya yatırıb.
Bu barədə “Report”a “ONGC Videsh Limited”in Azərbaycan filialının rəhbəri Kalyana Raman Renqara bildirib.
“Şirkət həm Azərbaycanda, həm də üçüncü ölkələrdə SOCAR ilə birgə neft kəşfiyyatı və hasilatı layihələrində iştirak etməkdə son dərəcə maraqlıdır”, – deyə K.R.Renqara vurğulayıb.
Hazırda “ONGC Videsh” Azərbaycanda 2,925 % pay ilə “Azəri-Çıraq-Günəşli” layihəsinin və 3,11 % pay ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin iştirakçısıdır.
Şirkətin əsas fəaliyyəti Hindistandan kənarda neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsidir.
Qeyd edək ki, şirkət 15 ölkədə 32 neft-qaz layihəsində aktivlərə malikdir. Ehtiyatlarına və hasilatına görə “ONGC Videsh” Hindistanın ən böyük ikinci enerji şirkətidir və yalnız ana şirkəti ONGC-dən geri qalır.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
