Pleyeri seçin:

İdxalda 3,4 milyard manatlıq güzəşt: Nəticələr araşdırılır - Baku TV

25 iyun 2026 309 baxış

“Hazırda Azərbaycanda gömrük tariflərinin azaldılması və ya yeni tarif güzəştlərinin tətbiqi ilə bağlı hər hansı təşəbbüs gündəmdə deyil”.

Bunu “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.

O qeyd edib ki, bununla belə, mövcud azadolmaların iqtisadi artıma və məhsul istehsalına hansı dərəcədə töhfə verdiyini müəyyən etmək istiqamətində işlər aparılır.

Komitə sədrinin sözlərinə görə, tarif siyasətinin əsas məqsədi iqtisadi aktivliyin artırılması, istehsalın genişləndirilməsi və ixrac potensialının gücləndirilməsidir. Bu məqsədlə müxtəlif sahələr və əmtəə qrupları üzrə gömrük və vergi azadolmaları tətbiq edilir.

Şahin Bağırov əlavə edib ki, 2025-ci ildə ölkəyə 18,1 milyard dollar dəyərində idxal həyata keçirilib. Bu idxalın 29,5 faizi əlavə dəyər vergisi, 52,5 faizi isə gömrük rüsumları üzrə güzəştlərdən yararlanıb. Azadolmaların ümumi həcmi 3 milyard 424 milyon manat təşkil edib.

2026-cı ilin ilk 5 ayında da göstəricilər oxşar səviyyədə qalıb. Məhz buna görə bu məsələnin effektivliyi ilə bağlı hökumət tərəfindən müvafiq müzakirələr həyata keçirilir.

Komitə sədri həmçinin vurğulayıb ki, tətbiq edilən azadolmalar əsasən hazır məhsullara deyil, sənaye avadanlıqlarına, ehtiyat hissələrinə və istehsal prosesində istifadə olunan aralıq məhsullara şamil edilir. Bu isə yerli istehsalın inkişafına və gələcəkdə ixrac imkanlarının artırılmasına xidmət edir.

Forum iştirakçısı Azərbaycanın geostrateji imkanlarını önə çəkdi - Baku TV

Forum iştirakçısı Azərbaycanın geostrateji imkanlarını önə çəkdi - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 309 baxış
"Arzu edirəm ki, hər kəs buraya gəlsin" | İsveçrəli memar ölkəmizdəki imkanları belə qiymətləndirdi

"Arzu edirəm ki, hər kəs buraya gəlsin" | İsveçrəli memar ölkəmizdəki imkanları belə qiymətləndirdi

İqtisadiyyat
25 sentyabr 2026 309 baxış
“AzerGold”un həyata keçirəcəyi 4 önəmli layihə ilə bağlı detallar açıqlandı - Baku TV

“AzerGold”un həyata keçirəcəyi 4 önəmli layihə ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 309 baxış
İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub

İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub

İqtisadiyyat
25 sentyabr 2026 309 baxış
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 309 baxış
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 309 baxış
SOCAR-ın qlobal genişlənmə strategiyası barədə məlumat verilib - Baku TV

SOCAR-ın qlobal genişlənmə strategiyası barədə məlumat verilib - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 309 baxış
Proqram çərçivəsində 4 strateji layihə icra olunacaq - Baku TV

Proqram çərçivəsində 4 strateji layihə icra olunacaq - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 309 baxış
Qarabağ və Şərqi Zəngəzurda yeni dövr | "AzerGold"un İdarə Heyətinin sədrindən açıqlama - Baku TV

Qarabağ və Şərqi Zəngəzurda yeni dövr | "AzerGold"un İdarə Heyətinin sədrindən açıqlama - Baku TV

İqtisadiyyat
24 sentyabr 2026 309 baxış
Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV

Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV

İqtisadiyyat
24 sentyabr 2026 309 baxış
Seçilmişlər
icon