İlham Əliyev Azərbaycandan qaz alan ölkələrin sayını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır”.
Bu sözləri Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu il qaz ixracımız 24 milyard kubmetrdən artıq olacaq: “Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut edib. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir”.
İlham Əliyev qaz təchizatımızın coğrafiyasının artacağını vurğulayıb: “Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir”.
#İlham Əliyev teqi istifadə olunub
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV
- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Xankəndidə rəsmi ziyafət verilib - Baku TV
- Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı - Baku TV
