Pleyeri seçin:

Kaxetidə üçtərəfli iqtisadi güc birliyi | "Türkiyə və Gürcüstan əsas istiqamətlərdəndir" - Baku TV

27 fevral 2026 632 baxış

“Azərbaycanın xaricə investisiya qoyuluşunda Türkiyə və Gürcüstan əsas istiqamətlər sırasında yer alır”.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qonşu ölkənin Kaxeti regionunda keçirilən Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumunda bildirib.

“Türkiyənin enerji istehsalı bazarına son daxilolma nəticəsində 870 meqavatlıq elektrik stansiyasının alınması ilə Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı investisiyaların məbləği 21 milyard ABŞ dollarına yaxınlaşıb. Gürcüstana investisiya qoyuluşumuz 3,1 milyard dollardan çoxdur. Bu baxımdan Azərbaycan Dövlət Neft Şirkəti aparıcı rol oynayır.

Üçtərəfli enerji əməkdaşlığı ölkələrin milli inkişafının əsasını təşkil etməklə yanaşı, daha geniş miqyas alan enerji tərəfdaşlığımızın mərkəzində dayanır. Bu gün biz Gürcüstanın, Türkiyənin, eləcə də əsasən qərbdə yerləşən daha 14 ölkənin enerji təhlükəsizliyinə töhfə verməkdən qürur duyuruq.

Hazırda Azərbaycan təbii qazını müntəzəm alan ölkələrin sayı 16-dır və onların 10-u Avropa İttifaqına üzvdür. Boru kəmərləri vasitəsilə qaz nəqlinin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, birgə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi artıq sadəcə infrastruktur layihəsi deyil, Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından biridir.

Mikayıl Cabbarov regional bağlantının təbii tərkib hissəsi olan Qars–Naxçıvan dəmir yolu xətti layihəsini xüsusilə vurğulayaraq qeyd edib ki, layihənin inkişafı üçün birgə işçi qrupu yaradılıb və fəaliyyət planı hazırlanıb:

“Bu layihə Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan arasında birbaşa bağlantı yaradacaq və mövcud Azərbaycan–Gürcüstan–Türkiyə əməkdaşlığına əlavə sinerji qazandıracaq. Gürcüstan və Türkiyə ilə ticarət və investisiya əlaqələri tərəfdaşlığımızın əsas sütunları olaraq qalır”.

Banner

#Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu teqi istifadə olunub

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 632 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 632 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 632 baxış
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 632 baxış
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 632 baxış
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 632 baxış
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 632 baxış
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 632 baxış
SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 632 baxış
Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 632 baxış
Seçilmişlər
icon