Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə dövlət büdcəsinə daxilolmaların yaxın illərdəki məbləği açıqlanıb.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Proqnoza əsasən, şirkətin dövlət büdcəsinə daxilolmalar 2027-ci ildə 1 milyard 840 milyon manat təşkil edəcək. Bu göstəricinin 2028-ci ildə 1 milyard 820 milyon manat, 2029-cu ildə 1 milyard 830 milyon manat, 2030-cu ildə isə 1 milyard 850 milyon manat olacağı gözlənilir.
Ümumilikdə, neft gəlirlərinin 2027-ci ildə 3,58 milyard manat səviyyəsində olacağı, 2030-cu ildə 2,89 milyard manata enəcəyi gözlənilir.
Sənəddə qeyd olunan proqnozlar 1 ABŞ dollarının 1,7 manat məzənnəsi və 1 barel xam neftin 65 ABŞ dolları qiyməti əsas götürülməklə hazırlanıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Azərbaycanın qaz ixracında ən böyük pay hansı ölkələrə məxsusdur? - Baku TV
- Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV
- SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
