Pleyeri seçin:
Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
Azərbaycanda korporativ istiqraz emissiyalarının ümumi həcminin təxminən 25 faizi SOCAR-ın istiqrazlarının payına düşür.
Bunu Mərkəzi Bankın baş direktoru Tərlan Rəsulov bildirib.
Onun sözlərinə görə, ümumilikdə korporativ istiqrazlar bazarının həcmi təxminən 2 milyard manatdır. Bunun 400 milyon manat civarında olan hissəsi SOCAR-ın istiqrazlarından ibarətdir.
Baş direktor qeyd edib ki, korporativ istiqrazlar bazarındakı dəyişikliklərə dövlət qiymətli kağızlarının həcmi və ayrı-ayrı istiqraz emissiyalarının tədavül müddətinin başa çatması da təsir göstərir.
Tərlan Rəsulov bankların borclanma həcminin azalmasına da münasibət bildirərək qeyd edib ki, bu proses bazardakı mövcud şərait və bankların borclanma strategiyası ilə əlaqəlidir.
Kopyalandı
