Pleyeri seçin:

Naxçıvanda milyonlarla manat mənimsənildi

16 may 2023 350 baxış

Hesablama Palatası 2023-cü il üzrə İş Planına uyğun olaraq, bu il fevralın 15-dən martın 18-nə qədər Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalar nəticəsində milyonlarla manat mənimsəmə aşkarlayıb.

“Report”un ali audit qurumuna istinadən yaydığı xəbərə görə, yoxlamalar 2021-2022-ci illər üzrə ümumilikdə 27 milyon manat vəsaiti əhatə edib ki, bunun da 1.6 milyon manatı saxlanma xərcləri, 25.4 milyon manatı isə subsidiya ödənişləri ilə bağlı olub.

Audit nəticəsində subsidya verilməsi üçün ayrılmış vəsaitin 57.2 %-nin əsassız xərclənməsi müəyyən edilib. Bu isə subsidiya sisteminin düzgün qurulmamasına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsinə görə, həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına gətirib çıxarıb.

Bundan başqa, aqrar sahədə subsidiya üzrə ölkə prezidentinin fərmanları düzgün tətbiq edilməyib. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyib, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” Naxçıvanda tətbiq olunmayıb, nazirlikdə müvafiq işçi qrupu yaradılmayıb, kütləvi informasiya vasitələrində məlumat dərc olunmayıb, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmayıb.

Banner
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 350 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 350 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 350 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 350 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 350 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 350 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 350 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 350 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 350 baxış
Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 350 baxış
Seçilmişlər
icon