Nazir müavini kənd təsərrüfatı üzrə dinamikadan və görülən işlərdən danışdı - Baku TV
“Son 10 il ərzində kənd təsərrüfatı sahəsində davamlı artım dinamikası müşahidə olunur. Bu artım həm bitkiçilik, həm də heyvandarlıq sahələrini əhatə edir. Son 10 ildə kənd təsərrüfatında real ifadədə ümumi artım 37,8% təşkil edib”.
Bu fikirləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, son 10 ildə bitkiçilik sahəsində artım 48,2 %, heyvandarlıq sahəsində isə 29,6 % olub.
“Ümumilikdə müsbət tendensiyalar sırasında aqrar və qida məhsullarının ixracında da artım qeydə alınıb. Bu göstərici son 10 ildə 62,8% yüksəlib”, – deyə Zaur Əliyev bildirib.
#Kənd Təsərrüfatı Nazirliyi teqi istifadə olunub
- Azərbaycanda fermer reytinqinin tətbiqinə başlanılır - Baku TV
- İqlim dəyişikliyi kənd təsərrüfatına necə təsir edir? - Baku TV
- Kənd təsərrüfatında süni intellekt dövrü başlayır | Əkin sahələrində yeni texnologiya - Baku TV
- İlhamə Qədimova: “Bu sahədə doğru qeydiyyatın sistem vasitəsilə izlənməsi hədəflənir”
- Taxıl biçininin yavaş-yavaş yekunlaşdığı dövrdə sahələrdə vəziyyət necədir? - Baku TV
