Qarşıya qoyulan hədəf | ARDNF-nin İtaliyadakı investisiya portfelinin bazar dəyəri - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ölkəmizin xarici ticarət dövriyyəsinin 25 faizi, ixracının isə 46,7 faizi məhz bu ölkənin payına düşür”.
Bu fikirləri energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında bildirib.
Nazir qeyd edib ki, indiyədək Azərbaycandan İtaliyaya 342 milyon dollar, İtaliyadan isə Azərbaycana 805 milyon dollar investisiya qoyulub, hazırda Dövlət Neft Fondunun İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir.
Pərviz Şahbazov vurğulayıb ki, göstəricilərin daha da artırılması üçün sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması vacibdir:
“Ötən il İtaliya SOCAR vasitəsilə 10,34 milyon ton neft və ümumilikdə 9,5 milyard kubmetr qazla təmin edilib”.
Nazir əlavə edib ki, TAP indiyədək Avropaya 54,3 milyard kubmetr, İtaliyaya isə 45,4 milyard kubmetr qaz nəql edib.
“2032-ci ildən mərhələli şəkildə istismara veriləcək “Xəzər–Qara dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi Avropa bazarına ötürüləcək elektrik enerjisindən İtaliyanın da faydalanmasına imkan yaradacaq”, – deyə nazir əlavə edib.
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- 54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV
- Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV
