Pleyeri seçin:

"Azərbaycana regiona açılan bir qapı kimi baxmağa dəvət edirəm" | Mikayıl Cabbarov - Baku TV

16 iyul 2026 404 baxış

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilib.

Tədbirdə hər iki ölkədən rəsmilər və 100-ə yaxın şirkət nümayəndəsi iştirak edib.

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın nəqliyyat-logistika imkanları, eləcə də investorlar üçün təqdim edilən güzəştlər işbirliyi üçün yeni imkanlar açır.

Eyni zamanda Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, iki ölkənin biznes dairələri arasında birbaşa təmasların artırılması, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Forumda çıxış edən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) xarici ticarət departamentinin rəhbəri Daniel Ondruş iki qurum arasında ixrac və investisiyaların təşviqi, biznes dialoqunun dəstəklənməsi istiqamətində əməkdaşlığın davam etdiyini vurğulayıblar.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Turizm Bürosu və “Slovakia Travel” milli turizm təşkilatı arasında işbirliyinin inkişafını nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.

Eyni zamanda iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib.

Banner
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 404 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 404 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 404 baxış
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 404 baxış
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 404 baxış
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 404 baxış
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 404 baxış
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 404 baxış
SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 404 baxış
Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 404 baxış
Seçilmişlər
icon