"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 17-də İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində SOCAR ilə İslam İnkişaf Bankı Qrupunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd Azərbaycanda və İslam Korporasiyasına üzv digər ölkələrdə dövlət-özəl tərəfdaşlığı layihələri üzrə maliyyələşdirmə imkanlarının birgə araşdırılmasını nəzərdə tutur.
Anlaşma Memorandumuna əsasən, tərəflər SOCAR-ın və onun birgə müəssisə tərəfdaşları tərəfindən təsis olunan layihə şirkətləri üçün maliyyələşdirmə imkanlarını müəyyənləşdirəcək və qiymətləndirəcəklər. Bu çərçivədə İslam Korporasiyası tərəfindən layihələrin xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək.
“Sənəd Azərbaycanda və İslam Korporasiyasına üzv digər ölkələrdə həyata keçirilə biləcək layihələr üzrə birgə işləmək, uyğun maliyyə mexanizmlərini nəzərdən keçirmək və istiqamətləri müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır”, – deyə SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.
“SOCAR-ın enerji sahəsindəki təcrübəsini İslam Korporasiyasının şəriət prinsiplərinə uyğun maliyyələşdirmə imkanları ilə birləşdirərək, Azərbaycan və digər ölkələrdə iqtisadi artımı təşviq edəcək dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişafına töhfə veririk. Bu əməkdaşlıq İslam İnkişaf Bankı Qrupunun inkişaf prioritetlərinə tam uyğundur”, – deyə İslam Korporasiyasının icraçı baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Xalid Xələfalla qeyd edib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
