"Yaşıl istiqraz"ların buraxılışına başlanılır | Detallar açıqlandı
Yanvarın 15-dən Dövlət Neft Şirkəti “yaşıl istiqraz”ların buraxılışına start verəcək.
SOCAR-dan verilən məlumata görə, emissiyanın ümumi məbləği 200 milyon ABŞ dollarıdır.
Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min ədəd istiqrazdan gedir. Qiymətli kağızların illik gəlirliliyi 6 % olacaq. Faizlər rüblük ödəniləcək. “Yaşıl istiqraz”ları əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.
İstiqrazların “yaşıl” adlandırılmasına gəlincə isə buradan əldə olunan vəsait “SOCAR Green” şirkətinin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün “yaşıl enerji”nin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır.
Bu xüsusda “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, Azərbaycanın “yaşıl enerji” sahəsindəki təşəbbüslərini də dəstəkləmək məqsədi daşıyır.
SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və sürətləndirmək niyyətindədir.
“Yaşıl istiqraz”ları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçən investisiya şirkətlərindən əldə etmək mümkündür.
#SOCAR teqi istifadə olunub
- SOCAR-ın sturukturuna qoşularaq Avropa enerji bazarındakı mövqeyini gücləndirib - Baku TV
- SOCAR rəsmisi “Enerji Liderləri” panelində iştirak edib - Baku TV
- Rövşən Nəcəf San-Marinonun nümayəndə heyəti ilə qaz tədarükünü müzakirə edib - Baku TV
- SOCAR-ın nümayəndələri və gənc mühəndislər tədbirdə iştirak edib - Baku TV
- SOCAR-ın "EKOL Mühəndislik Xidmətləri" nin səhmlərindəki payı 100 faizə çatdı - Baku TV
