Rövnəq Abdullayev qeyri-neft sektorundan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində cari ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz artaraq 2,7 milyard dolları təşkil edib”.
Bu sözləri iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev “1-ci İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə deyib.
“Cari ilin yanvar-oktyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz artıb. ÜDM istehsalının 41,3 faizi sənaye, 9,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və digər sahələrin payına düşüb.
Cari ilin üçüncü rübünün yekunlarına əsasən, sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9 faiz olub.
Yanvar-sentyabr aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən məhsul istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 2,3 milyard manata çatıb və bunun 31,2 faizi ixrac edilib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə satılıb”, – deyə Rövnəq Abdullayev əlavə edib.
#Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi teqi istifadə olunub
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV
