Pleyeri seçin:

Sahibkarlar üçün daha əlverişli və bərabər bazar şəraiti formalaşacaq - Baku TV

15 sentyabr 2026 308 baxış

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib.

Sənəd iqtisadiyyatda sağlam rəqabət prinsiplərinin təşviqinə, bazar münasibətlərinin səmərəliliyinin yüksəldilməsinə və bu istiqamətdə digər tədbirlərin təkmilləşdirilməsinə yönəlib. Planda ayrı-ayrı məhsul bazarlarında rəqabət mühitinin öyrənilməsi, tənzimləmə alətlərinin təkmilləşdirilməsi, aidiyyəti dövlət orqanları arasında səmərəli əlaqələndirmənin təmin olunması əsas istiqamətlər kimi müəyyən edilib.

Milli Fəaliyyət Planının icrası çərçivəsində sahibkarlığın inkişafı, bütün bazar iştirakçıları və istehlakçılar üçün bərabər və əlverişli şəraitin yaradılması, özəl sektorun iqtisadi proseslərdə rolunun artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

İqtisadçı Xalid Kərimli bildirir ki, Milli Fəaliyyət Planının qəbulu rəqabət siyasətinin daha sistemli şəkildə qurulmasına imkan verəcək.

“Bu sənədin ən mühüm yeniliyi rəqabət xəritəsinin hazırlanmasıdır. Çünki biz hələ də bilmirik ki, hansı bazarlarda hansı iştirakçıların payları çoxdur və bazarda üstün mövqeyə malikdirlər. Rəqabət Məcəlləsinin işə düşməsi üçün rəqabəti pozma ehtimalı olan qüvvələrin müəyyən edilməsi ilkin və vacib addımdır.

Bu baxımdan rəqabət xəritəsinin hazırlanması işləri ciddi şəkildə asanlaşdıracaq, qərarların qəbuluna və Rəqabət Məcəlləsinin tətbiqinə imkan yaradacaq, rəqabət orqanının fəaliyyətinin effektivliyini artıracaq”, – deyə iqtisadçı qeyd edib.

Banner
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 308 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 308 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 308 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 308 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 308 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 308 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 308 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 308 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 308 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 308 baxış
Seçilmişlər
icon