Pleyeri seçin:

SOCAR Albaniyada qaz layihəsini sürətləndirir - Baku TV

06 mart 2026 418 baxış

“SOCAR Gas Albania” Korça şəhərinə sıxılmış qazın vaxtından əvvəl tədarükü imkanını araşdırır.

Bu barədə SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov “Trend”ə verdiyi müsahibəsində danışıb.

SOCAR-ın Albaniyadakı fəaliyyəti barədə danışan Murad Heydərov xatırladıb ki, şirkət “NUR” pilot qazlaşdırma layihəsini Korça şəhərində Albaniyanın Baş naziri Edi Rama və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən ictimai dinləmələrdə təqdim edib.

“Biz bu ilin sonunadək yekun nəticələrin əldə olunması məqsədilə FEED mərhələsinə başlamışıq. Paralel olaraq, “SOCAR Gas Albania” Korça şəhərində qazpaylayıcı şəbəkənin tikintisinə qədər sıxılmış təbii qazın vaxtından əvvəl tədarükü imkanlarını yoxlamaq üçün bütün zəruri texniki və kommersiya araşdırmalarını aparır. Kommersiya tədarüklərinə 2026-cı ilin sonunadək başlamağı planlaşdırırıq. Qəbul edən ölkə hökuməti ilə Sazişin (Host Government Agreement) layihəsi artıq hazırlanıb və onun həyata keçirilməsi üçün növbəti addımlar atılacaq”, – deyə o bildirib.

SOCAR-ın qazlaşdırma layihələrinin Albaniyanın digər bölgələrinə mümkün genişləndirilməsi ilə bağlı suala cavab olaraq Murad Heydərov dəqiqləşdirib ki, layihənin ilkin mərhələsində bu nəzərdə tutulmur, lakin şirkət sonrakı mərhələlərdə Korça şəhərinə yaxın digər ərazilərə çıxış imkanını istisna etmir.

Banner
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 418 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 418 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 418 baxış
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 418 baxış
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 418 baxış
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 418 baxış
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 418 baxış
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 418 baxış
SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 418 baxış
Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 418 baxış
Seçilmişlər
icon