SOCAR Bolqarıstanın qaz bazarında iştirakını genişləndirir | Dövlət Neft Şirkətinin yeni hədəfi
Dövlət Neft Şirkəti “M-Gaz” şirkəti ilə birgə Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa təbii qazın tədarükünə başlayıb.
SOCAR, “M-Gaz” və Ruse bələdiyyəsinin birgə həyata keçirdiyi və SOCAR-ın lazımi həcmdə təbii qaz tədarük etməyi öhdəsinə götürdüyü “hibrid qazlaşdırma” pilot layihəsinin əsas benefisiarı Ruse bələdiyyəsinin Nikolovo kəndində yerləşən “Cyril and Methodius” ibtidai məktəbidir.
Bu, SOCAR-la “M-Gaz” şirkəti arasında 21 iyun 2024-cü il tarixində Bolqarıstanda sənaye müəssisələrində təbii qaz tədarükünə başlanılması ilə əsası qoyulan uğurlu tərəfdaşlığın davamıdır.
Yaxın bir neçə ayda Ruse vilayətində daha 10 məktəb və uşaq bağçasının SOCAR-dan təbii qaz alması planlaşdırılır. Bu layihə Rusedə karbon emissiyalarını və enerji xərclərini azaltmağa kömək edəcək.
Ölkənin qaz istehlakının 50%-ni təchiz edən SOCAR Bolqarıstanın qaz bazarında iştirakını genişləndirərək daxili paylama sektorunda təxminən 7,5% paya sahib olmağı hədəfləyir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
- SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV
