Pleyeri seçin:
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV
15 oktyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşüb.
Görüşdə nazirə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəfləri barədə məlumat verilib. Şirkətin Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs olunub.
Söhbət zamanı SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Kopyalandı
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
- SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV
- Benzin və dizelin pərakəndə qiymət artımını məhdudlaşdıran mexanizm açıqlanıb - Baku TV
- "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
- SOCAR-ın tərəfdaşı olan şirkətin yerli filialı dövlət qeydiyyatına alınıb - Baku TV
