SOCAR-ın 2026-cı ildə ödəyəcəyi məbləğ açıqlanıb - Baku TV
2026-cı ildə neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 78,1 faizini və ya 12 milyard 835 milyon manatını Dövlət Neft Fondundan transfert, 21,9 faizini və ya 3 milyard 600 milyon manatını vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmalar təşkil edir.
Maliyyə Nazirliyinin məlumatına görə, vergi orqanlarının xətti ilə neft-qaz sektoru üzrə daxilolmaların 1 milyard 700 milyon manatı SOCAR üzrə büdcə ödənişlərinin, 300 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində mənfəət vergisinin və 1 milyard 600 milyon manatı “Şahdəniz” qaz-kondensat layihəsi üzrə mənfəət vergisinin payına düşəcək.
2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat və yaxud 0,7 faiz çoxdur.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
