SOCAR-ın Baş ofisində QHT nümayəndələri ilə görüş keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın baş ofisində "Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili" mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə qeyri-hökumət təşkilatlarının nümayəndələri "Heydər Əliyev və neft strategiyası" və "Azərbaycan nefti" sərgiləri ilə tanış olublar.
Daha sonra şirkətin Sosial Məsuliyyət Departamentinin Tərəfdaşlarla iş şöbəsinin rəisi Teymur Süleymanzadə 2025-ci il ərzində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi üçün SOCAR tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.
Eyni zamanda SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəis müavini Mahal Mehdiyev qurumda işə qəbul prosesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirdə həmçinin SOCAR-ın Uyğunluq Departamentinin Biznes etikası və antikorrupsiya şöbəsinin böyük hüquq məsləhətçisi Lalə Babayeva SOCAR-da daxili nəzarət mexanizmləri, o cümlədən pozuntular haqqında məlumatlandırma kanalları və işçilərin bu sahədə maarifləndirilməsi üçün keçirilən təlimlərlə bağlı təqdimatla çıxış edib.
Sonda qeyri-hökumət təşkilatlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
