SOCAR-ın Bolqarıstandakı qazpaylayıcı şəbəkəsi | "İlkin layihələndirmə işləri tamamlanıb" - Baku TV
SOCAR tərəfdaş “Asarel Group” ilə birgə Bolqarıstanın Panaqyurişte şəhərində qazpaylayıcı şəbəkənin tikintisi layihəsi üzrə ilkin mühəndis layihələndirmə və layihə sənədlərinin hazırlanması işlərini yerinə yetirib və tamamlayıb.
Bunu SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov “Trend”ə verdiyi özəl müsahibəsində bildirib.
“Əldə olunan nəticələr əlavə təhlil və qiymətləndirmə tələb edir. 2026-cı ildə birgə səylərimiz məhz buna yönələcək”, – deyə o əlavə edib.
Murad Heydərov vurğulayıb ki, Cənub-Şərqi Avropa və Baklanlar SOCAR-ın strateji inkişafının əsas istiqamətlərindən qalmaqdadır.
“2025-ci ildə biz qaz təchizatı və transsərhəd nəqli sahəsində, eləcə də qazpaylayıcı şəbəkə layihələrinin inkişafı, xam neft tədarükü və neft məhsullarının daxili bazarında mövcudluğun genişləndirilməsi, bərpaolunan enerji və qaz əsaslı elektrik enerjisi istehsalı istiqamətlərində işləri davam etdirdik”, – deyə o qeyd edib.
Qeyd edək ki, daha əvvəl Bolqarıstanın Energetika Nazirliyi bildirib ki, hazırda ölkədə təbii qaz istehlakının təxminən 40 faizi 25 illik müqavilə əsasında Azərbaycan tərəfindən təmin edilir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
- SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV
