Pleyeri seçin:

SOCAR-ın dekarbonizasiya istiqamətində hədəfləri açıqlanıb

15 avqust 2024 602 baxış

Qlobal iqlim dəyişikliyi probleminin aktuallığını nəzərə alan SOCAR özünün strategiyasında dekarbonizasiya və enerji keçidi hədəflərini müəyyənləşdirib.

Bu hədəflərə 2030-cu ilə qədər bütün əməliyyat sahələrində rutin məşəldə yandırılmanın sıfıra endirilməsi, 2022-ci ilin göstəricisi ilə müqayisədə 2030-cu ilə qədər birbaşa aktivlər üzrə hasilat istiqamətində emissiya intensivliyinin 30 faiz, korporativ emissiya intensivliyinin 30 faiz və ümumi emissiyaların həcminin 20 faiz azaldılması aiddir.

Qarşıya qoyulmuş vəzifələrə həmçinin 2035-ci ilə qədər hasilat bölməsində sıfıra yaxın metan hədəfinə, 2050-ci ilə qədər “xalis sıfır”a nail olmaq daxildir.

Bu məqsədlə SOCAR “TotalEnergies” şirkəti ilə birgə neft-qaz mədən ərazilərində dron əsaslı metan emissiyalarının aşkarlanması və həcminin ölçülməsi tədqiqatlarını aparır.

SOCAR həmçinin BP şirkəti ilə birgə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi Metan Rəhbər Prinsipləri çərçivəsində Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünü icra edir. SOCAR tərəfindən “Neft Daşları”nda karbon krediti mexanizmi əsasında sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması layihəsi həyata keçirilir.

Emissiyaların azaldılması ilə yanaşı, SOCAR bərpa olunan enerji mənbələrinin inkişafına da sərmayə qoyur. Bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkət günəş və külək enerjisi, eləcə də “yaşıl hidrogen” istehsalı üzrə bir sıra layihələr həyata keçirir.

Eyni zamanda SOCAR və BP şirkəti arasında birgə əməkdaşlıq nəticəsində Cəbrayıl rayonunda “Şəfəq” günəş enerjisi layihəsi icra olunmaqdadır.

Bundan əlavə, SOCAR və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında Azərbaycanda "yaşıl gübrə" istehsalına dair əməkdaşlıq sazişi imzalanıb.

Eyni zamanda SOCAR “China Energy International Group Co.Ltd” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ərazisində bərpa olunan enerji layihələrini inkişaf etdirir.

Bütün bunlar SOCAR-ın fəaliyyət istiqamətlərini şaxələndirməklə yanaşı, ölkədə istixana qazı emissiyalarının azaldılmasına ciddi töhfə verir.

Forum iştirakçısı Azərbaycanın geostrateji imkanlarını önə çəkdi - Baku TV

Forum iştirakçısı Azərbaycanın geostrateji imkanlarını önə çəkdi - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 602 baxış
"Arzu edirəm ki, hər kəs buraya gəlsin" | İsveçrəli memar ölkəmizdəki imkanları belə qiymətləndirdi

"Arzu edirəm ki, hər kəs buraya gəlsin" | İsveçrəli memar ölkəmizdəki imkanları belə qiymətləndirdi

İqtisadiyyat
25 sentyabr 2026 602 baxış
“AzerGold”un həyata keçirəcəyi 4 önəmli layihə ilə bağlı detallar açıqlandı - Baku TV

“AzerGold”un həyata keçirəcəyi 4 önəmli layihə ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 602 baxış
İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub

İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub

İqtisadiyyat
25 sentyabr 2026 602 baxış
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 602 baxış
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 602 baxış
SOCAR-ın qlobal genişlənmə strategiyası barədə məlumat verilib - Baku TV

SOCAR-ın qlobal genişlənmə strategiyası barədə məlumat verilib - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 602 baxış
Proqram çərçivəsində 4 strateji layihə icra olunacaq - Baku TV

Proqram çərçivəsində 4 strateji layihə icra olunacaq - Baku TV

İqtisadiyyat
25 sentyabr 2026 602 baxış
Qarabağ və Şərqi Zəngəzurda yeni dövr | "AzerGold"un İdarə Heyətinin sədrindən açıqlama - Baku TV

Qarabağ və Şərqi Zəngəzurda yeni dövr | "AzerGold"un İdarə Heyətinin sədrindən açıqlama - Baku TV

İqtisadiyyat
24 sentyabr 2026 602 baxış
Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV

Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV

İqtisadiyyat
24 sentyabr 2026 602 baxış
Seçilmişlər
icon