SOCAR-ın prezidenti “Uzbekneftegaz” şirkətinin idarə heyətinin sədri ilə görüşüb - Baku TV
“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistanın “Uzbekneftegaz” şirkətinin İdarə Heyətinin sədri Abdugani Sanginovla görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun olaraq, iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda, SOCAR ilə “Uzbekneftegaz” arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar qeyd olunub.
Söhbət zamanı “Bakı Enerji Həftəsi”nin regionda enerji məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi əhəmiyyəti vurğulanıb. Eləcə də cari ilin ötən ayında “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilən görüşlərin, həmçinin bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasının önəmi diqqətə çatdırılıb, layihə çərçivəsində görüləcək işlər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#SOCAR teqi istifadə olunub
- SOCAR-da kütləvi ixtisarların olması ilə bağlı yayılan xəbərlər barədə rəsmi açıqlama - Baku TV
- Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçiriləcək - Baku TV
- SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətinə başlamasından 5 il ötür - Baku TV
- Quba-Xəzəryanı regionunda 2D seysmik kəşfiyyat işləri planlaşdırılır - Baku TV
- Süni intellekt əsaslı həllər istehsalın və təbii qazdan istifadənin səmərəliliyini artırıb - Baku TV
