Pleyeri seçin:

SOCAR-ın qrant layihəsi üzrə fəaliyyət planı müzakirə olunub - Baku TV

24 aprel 2026 270 baxış

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda SOCAR-ın Elm Fondunun maliyyələşdirdiyi “Neft hasilatında enerji sərfinin optimallaşdırılması üçün dərin təlim modelləri” mövzusunda qrant layihəsi üzrə fəaliyyət planı müzakirə olunub.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev əvvəlcə layihənin strateji və elmi-praktiki əhəmiyyətindən danışıb.

Alim son dövrlərdə neft-qaz kompleksində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi problemlərinin daha da aktuallaşdığını, enerji idarəetməsində süni intellekt və rəqəmsal texnologiyaların rolunun əhəmiyyətli dərəcədə artdığını söyləyib. Müasir dövrdə neft hasilatı proseslərində enerji sərfinin artmasının hasilat sistemlərinin səmərəli idarə olunmasını zəruri etdiyini qeyd edib, bu məqsədlə intellektual enerji-effektiv idarəetmə alqoritmlərinin tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə İnstitutun baş mühəndisi Şakir Mehdiyev işin aktuallığı, məqsədi, eləcə də enerji səmərəliliyinin artırılmasının ənənəvi üsulları, bu sahədə mövcud yanaşmalar və problemlər haqqında danışıb.

Sonra qrant layihəsi üzrə hər bir icraçı yerinə yetiriləcək işlər, qarşıya qoyulan məsələlər haqqında məlumat verib. Tədqiqat istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Banner
Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 270 baxış
SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 270 baxış
SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 270 baxış
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 270 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 270 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 270 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 270 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 270 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 270 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 270 baxış
Seçilmişlər
icon