Pleyeri seçin:
SOCAR-ın vitse-prezidenti İtaliyada mühüm görüşlərdə iştirak etdi
SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.
Səfər çərçivəsində “Intesa Sanpaolo” və onun törəmə şirkəti olan “Vseobecna Uverova” banklarının rəhbər heyətləri ilə səmərəli görüşlər keçirilib, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
“Intesa Sanpaolo” bankı ilə maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb, SOCAR-ın beynəlxalq maliyyə bazarında tədavüldə olan istiqrazları üzrə İtaliyadan olan mövcud və potensial investorlar ilə görüşlər keçirilib.
İnvestorlara maliyyə bazarındakı son vəziyyət, SOCAR-ın maliyyə göstəriciləri, reytinqləri və “yaşıl enerji” sahəsindəki planları ilə bağlı geniş təqdimat edilib.
Kopyalandı
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
