Pleyeri seçin:

SOCAR Kulevi terminalında yeni çənlər inşa edəcək | Detallar açıqlandı

12 mart 2025 515 baxış

Dövlət Neft Şirkətinin Kulevi terminalında neft məhsulları üçün 4 ədəd çənin tikintisi nəzərdə tutulur.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

“Terminalda neft və neft məhsulları üçün əlavə 4 ədəd 20 000 m3 rezervuarların inşası ilə bağlı Mühəndislik, Satınalma və Tikinti təklifləri alınmış və hazırda texniki qiymətləndirmə mərhələsindədir”, – deyə şirkətdən məlumat verilib.

Qeyd olunub ki, 2024-cü il ərzində Kulevi neft terminalı vasitəsilə ümumilikdə 2,5 milyon ton yük aşırılıb:

“Bu göstəricinin 0,95 milyon tonunu Azərbaycan mənşəli, 1,55 milyon tonunu isə tranzit yüklər təşkil edib. Müqayisə üçün, 2023-cü ilin eyni dövründə terminal vasitəsilə aşırılan yük 2,16 milyon ton olub.

Beləliklə, 2024-cü ildə 2023-cü illə müqayisədə yük həcmində 349 min ton artım olub”.

Qeyd edək ki, SOCAR-ın idarə etdiyi Kulevi Terminalı və Dəniz Limanı 16 may 2008-ci il tarixindən fəaliyyətə başlayıb. Terminal karbohidrogenlərin və neft-kimya məhsullarının daşınması üçün nəzərdə tutulub. Göstərilən xidmətlərə dəmir yolu ilə karbohidrogenlərin və neft-kimya məhsullarının qəbulu, çənlərə daşınması, saxlanması, dəniz gəmilərinə yüklənməsi və liman qurğularının istismarı daxildir.

Banner
SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 515 baxış
"SOCAR Türkiyə" 22 beynəlxalq bankdan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

"SOCAR Türkiyə" 22 beynəlxalq bankdan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

İqtisadiyyat
23 oktyabr 2026 515 baxış
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 515 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 515 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 515 baxış
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 515 baxış
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 515 baxış
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 515 baxış
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 515 baxış
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 515 baxış
Seçilmişlər
icon