SOCAR və CIMA arasındakı mühüm anlaşmanın detalları açıqlandı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İdarəetmə Mühasibləri üzrə Peşəkar Sertifikatlaşdırma Təşkilatı (CIMA – The Chartered Institute of Management Accountants) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
SOCAR-dan bildirilib ki, memorandum CIMA-nın Londonda yerləşən Baş ofisində SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov və CIMA-nın icraçı direktoru Endryu Hardinq tərəfindən imzalanıb.
Sənəd maliyyə və idarəetmə sahələrində bilik və bacarıqların inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğun korporativ idarəetmə və mühasibatlıq praktikasının təşviq olunması, eləcə də SOCAR-ın maliyyə funksiyalarının daha da gücləndirilməsi məqsədi daşıyır.
Layihə çərçivəsində gələcəkdə birgə təlim proqramlarının təşkili, sertifikatlaşdırma təşəbbüsləri və müvafiq sahələr üzrə təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV
