SOCAR və “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
SOCAR xəbər verir ki, sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.
Eyni zamanda “Gran Tierra Energy Inc.” şirkəti layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.
Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya və Ekvadorda neft və təbii qazın axtarışı və hasilatı ilə məşğuldur.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
