Pleyeri seçin:

SOCAR və “Uniper “Etilen-Polietilen” zavodunda yeni qurğunu işə salacaq

18 sentyabr 2024 468 baxış

“Azərbaycan Dövlət Neft Şirkəti və Almaniyanın “Uniper” şirkətinin birgə müəssisəsi “SOCAR-Uniper” şirkəti noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda turbogenerator qurğusunu işə salacaq”.

Bunu “Uniper”in Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli Bakıda keçirilən “Caspian Energy Forum”da deyib.

Onun sözlərinə görə, bu, “SOCAR-Uniper” tərəfindən “Azərikimya” üçün enerji səmərəliliyi sahəsində həyata keçirilən böyük layihədir.

Bildirilib ki, layihə artıq başa çatıb və COP29 konfransı çərçivəsində “Etilen-Polietilen” zavodunda elektrik enerjisi və buxar istehsalı üçün turbogenerator qurğusunun işə salınması ilə bağlı rəsmi mərasim keçiriləcək.

Rəşad Hüseynli qeyd edib ki, məqsəd zavodu elektrik enerjisi ilə təmin edən buxar-generator kompleksinin enerji effektivliyini və istehsal gücünü artırmaqdır.

“Uniper”in Azərbaycan nümayəndəliyinin rəhbəri əlavə edib ki, SOCAR və “Uniper” uzun illərdir ki, “Şahdəniz” yatağından təbii qazın tədarükü, eləcə də insan resursları, texnoloji mübadilə, emissiyaların azaldılması, enerji səmərəliliyi sahələrində uğurla əməkdaşlıq edir.

Xatırladaq ki, 2016-cı ildə SOCAR Almaniyanın “Uniper” şirkəti ilə saziş imzalayaraq “SOCAR-Uniper” birgə müəssisəsini yaradıb. "Etilen-Polietilen" zavodunda hazırkı buxar-generator kompleksinin 32 Mvt/s layihə gücünün 65 Mvt/s layihə gücünə çatdırılması işləri uğurla tamamlanır. Bunun üçün əlavə turbogenerator quraşdırılırıb və mövcud texnoloji sistem təkmilləşdirilib.

Banner
Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 468 baxış
SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 468 baxış
SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 468 baxış
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 468 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 468 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 468 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 468 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 468 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 468 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 468 baxış
Seçilmişlər
icon