Pleyeri seçin:

Vergi, rüsum və cərimələr... | 2026-cı ilin iqtisadi yenilikləri - Baku TV

02 yanvar 2026 844 baxış

2026-cı ildə digər sahələrdə nələrin baş verəcəyini dəqiq demək bir qədər çətin olsa da, iqtisadiyyatda bir çox istiqamətdə hansı yeniliklərin olacağı dəqiqdir.

Bu sırada ilk növbədə vergi sahəsində bir sıra güzəştlərin müddətinin uzadılmaması gəlir. Belə ki, qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışanların əməkhaqları mərhələli şəkildə vergiyə cəlb olunacaq. Bununla da aylıq məbləğindən asılı olaraq 2500 manatadək gəlirə 2026-cı ildə 3 faiz, 2500-8000 manat aralığında gəlirə 10 faiz və 8000 manatdan yuxarı olan hissəyə isə 14 faiz vergi tətbiq ediləcək. Eyni zamanda bir neçə illik fasilədən sonra hibrid və elektrik mühərrikli avtomobil idxal edənlər yenidən əlavə dəyər vergisi ödəməli olacaqlar.

Elektromobillərin satışı da əlavə dəyər vergisinə cəlb ediləcək. Bundan əlavə, 7 ildən köhnə olan ənənəvi avtomobillərin idxalında aksiz əmsal benzin mühərrikli olanlar üçün 1,2-dən 1,5-ə, dizellər üçün isə 1,5-dən 2-yə yüksəldiləcək.

2026-cı ildən həmçinin bütün fərdi sahibkarlar dövriyyənin 2 faizi səviyyəsində məcburi dövlət sosial sığorta haqqı ödəcəyəklər. Lakin məbləğ minimum əməkhaqqının 15 faizindən 100 faizinədək, yəni 60-400 manat aralığında olacaq. Sabit qəbz və ailə kəndli təsərrüfatlarında isə əvvəlki rejim qalsa da, faiz dərəcələri artacaq.

2026-cı il yanvarın 1-dən eyni zamanda pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə əlavə dəyər vergisinin qeydiyyat limiti 200 min manatdan 400 min manatadək yüksəldilir. Bundan başqa, spirtli içkilərə, tütün məmulatına tətbiq edilən aksiz vergisi artırılacaq. Eyni zamanda 2026-cı ildən kvadrisikl və mobil cihazların idxalına aksiz vergisi tətbiq ediləcək.

Banner
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 844 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 844 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 844 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 844 baxış
Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 844 baxış
SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 844 baxış
"SOCAR Türkiyə" 22 beynəlxalq bankdan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

"SOCAR Türkiyə" 22 beynəlxalq bankdan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

İqtisadiyyat
23 oktyabr 2026 844 baxış
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 844 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 844 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 844 baxış
Seçilmişlər
icon