Xəzərdə yeni təşəbbüs: metan tullantılarının azaldılması planı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın milli şirkəti "KazMunayQaz" (KMQ) ilə dekarbonizasiya sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Görüş Astanada regional ekoloji sammit (RES 2026) çərçivəsində baş tutub.
"SOCAR nümayəndələri ilə görüş zamanı tərəflər istixana qazı tullantılarının azaldılması sahəsində təcrübə mübadiləsi planlarını, eləcə də dekarbonizasiya sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər", – deyə məlumatda bildirilib.
KMQ, SOCAR və "Özbəkneftqaz"ı birləşdirən, o cümlədən, təcrübə mübadiləsinə və "yaşıl" layihələrə investisiyaların cəlb edilməsinə yönəlmiş Metan Tullantılarının Azaldılması üzrə Xəzər Akseleratorunun əhəmiyyəti xüsusi qeyd olunub.
KMQ-də vurğulayıblar ki, şirkət tullantıların davamlı şəkildə azaldılması və ekoloji təmiz enerjinin inkişafı üçün innovativ həllərin tətbiqini, infrastrukturun modernləşdirilməsini və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini davam etdirmək niyyətindədir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
