Ziba Mustafayeva şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR süni intellekt əsaslı, verilənlərlə idarə olunan, inteqrasiya edilmiş və diversifikasiya olunmuş enerji şirkətinə transformasiya prosesindədir.
“Report”un məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi XX Bakı Yay Enerji Məktəbinin açılış tədbirində çıxışında məlumat verib.
O bildirib ki, şirkət neft-qaz sektorunun ənənəvi seqmentlərində – hasilat, nəqliyyat, emal və ticarət sahələrində öz fəaliyyətini davam etdirməklə yanaşı, portfelini enerji keçidi və “yaşıl enerji” istiqamətində genişləndirir.
Ziba Mustafayeva vurğulayıb ki, SOCAR dövlət şirkəti olaraq ölkənin dayanıqlı inkişaf strategiyasına, uğurla formalaşdırılmış iqtisadi siyasətə uyğun fəaliyyət göstərir.
Vitse-prezident qeyd edib ki, 2026-cı ildə SOCAR Dünya İqtisadi Forumunda "Lighthouse" (Mayak) mükafatına layiq görülüb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
