Hadisə
Выбрать плеер:

Abşerondakı dəhşətli cinayətin təfərrüatı | Meyitin basdırıldığı yer aşkarlandı

27 апреля 2024

Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərərçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Həmçinin Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Скопировано
Goranboyda minik və yük avtomobilləri toqquşdu  | Ölən var

Goranboyda minik və yük avtomobilləri toqquşdu | Ölən var

Hadisə
12 мая 2024
Hadisə şahidləri zəlzələ anından danışdı

Hadisə şahidləri zəlzələ anından danışdı

Hadisə
12 мая 2024
Arvadı və onun sevgilisi ilə bir evdə qalan kişi qatil oldu | SONUNCU ŞAHİD

Arvadı və onun sevgilisi ilə bir evdə qalan kişi qatil oldu | SONUNCU ŞAHİD

Hadisə
11 мая 2024
Bakıda avtomobil qəzası | “KIA” piyadanı vurdu

Bakıda avtomobil qəzası | “KIA” piyadanı vurdu

Hadisə
11 мая 2024
Xankəndi və Ağdərədə təhlükə dolu anlar

Xankəndi və Ağdərədə təhlükə dolu anlar

Hadisə
11 мая 2024
Prorektorun qətlini sifariş verən keçmiş rektora ağır cəza verildi

Prorektorun qətlini sifariş verən keçmiş rektora ağır cəza verildi

Hadisə
10 мая 2024
Qusardakı özbaşınalığın qarşısı alındı | DİN-dən açıqlama

Qusardakı özbaşınalığın qarşısı alındı | DİN-dən açıqlama

Hadisə
10 мая 2024
Sabunçuda narkoplantasiya ifşa edildi | Saxlanılanlar var

Sabunçuda narkoplantasiya ifşa edildi | Saxlanılanlar var

Hadisə
10 мая 2024
Tələbələrin ölüm səbəbi açıqlandı | Naxçıvanda dəhşətli hadisə

Tələbələrin ölüm səbəbi açıqlandı | Naxçıvanda dəhşətli hadisə

Hadisə
10 мая 2024
Övladlarının gözünün önündə etmədiyi qalmadı | Bakıdakı qətlin detalları

Övladlarının gözünün önündə etmədiyi qalmadı | Bakıdakı qətlin detalları

Hadisə
10 мая 2024
Выбранные
icon