ABŞ-nin bombardmançı təyyarələri yenidən İranda | Müharibədə son vəziyyət - Baku TV
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Bəsic" bölməsinin komandiri Qulamrza Süleymaninin ölümünü təsdiqləyib.
Bu barədə SEPAH bəyanat yayıb.
Qeyd edək ki, İsrail Müdafiə Ordusu Tehranda hava zərbəsi nəticəsində "Bəsic" bölməsinin komandiri Qulamrza Süleymaninin öldürüldüyünü bəyan etmişdi.
İddia olunur ki, "Bəsic" bölməsi daxili etirazların yatırılmasında, o cümlədən kütləvi həbslərin həyata keçirilməsində və nümayişçilərə qarşı güc tətbiqində əsas rol oynayıb.
Bu arada, ABŞ Hərbi Hava Qüvvələrinin bir qrup "B-1" bombardmançı təyyarəsi İranın hava məkanında döyüş tapşırıqlarını yerinə yetirmək üçün Böyük Britaniyadakı aviabazasından havaya qalxıb. Bu, "Flightradar24" aviasiya resursunun məlumatında qeyd olunub.
Bildirilib ki, İran səmasında günün qaranlıq vaxtı həyata keçirilən birbaşa əməliyyat nəzərə alınmaqla, fasiləsiz uçuş missiyanın müddəti təxminən 18-20 saat təşkil edəcək.
