Выбрать плеер:

"ABŞ-nin İranla ədavəti bir razılaşma ilə yox olmayacaq" | İsmayıl Bəqai

25 июня 2026 43 просмотров

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-nin İranla ədavəti bir razılaşmanın imzalanması ilə yox olmayacaq.

Bəqai bunu "X" sosial şəbəkə hesabında yazıb.

"İran son 50 ilin təcrübəsini, xüsusən son bir il yarımın hadisələrini nəzərə alaraq, hər bir addımı diqqətlə atacaq", deyə o bildirib.

Bəqainin fikrincə, Amerikanın hakim dairələri İran xalqına münasibətdə heç vaxt dürüstlük nümayiş etdirməyib.

"Belə bir etimadsızlıq üçün bütün əsasları olan İran xoş niyyətlə diplomatik prosesə qoşulub və müharibənin dayandırılması haqqında memorandum imzalayıb", deyə XİN sözçüsü xatırladıb.

Onun sözlərinə görə, ABŞ rəsmilərinin müharibənin dayandırılması haqqında memoranduma dair ziddiyyətli bəyanatları İranın etimadsızlığını azaltmağa kömək etməyəcək. ABŞ-nin hakim dairələri yadda saxlamalıdırlar ki, "öhdəliyə qarşı öhdəlik" prinsipi qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini və memorandumun aydın mətninə tamamilə zidd olan şərhlərdən qaçınmağı nəzərdə tutur.

Qeyd edək ki, İsmayıl Bəqai daha əvvəlki paylaşımında ABŞ dövlət katibi Marko Rubionun İrana qarşı səsləndirdiyi ittihamlara cavab verib.

Скопировано
Tramp Ərdoğanı seçdi: Türkiyə Avrasiyanın əsas aktoruna çevrilir? - AKTUAL GÜNDƏM

Tramp Ərdoğanı seçdi: Türkiyə Avrasiyanın əsas aktoruna çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
25 июня 2026 43 просмотров
Bu ittifaq parçalanmağa doğru gedir? | Ermənistanın Baş naziri nələr dedi? - ANA XƏBƏR

Bu ittifaq parçalanmağa doğru gedir? | Ermənistanın Baş naziri nələr dedi? - ANA XƏBƏR

Dünya
25 июня 2026 43 просмотров
Pandemiya əvvəlcədən planlaşdırılmışdı? - Maskdan COVID-19-la bağlı rezonans yaradan çıxış - Baku TV

Pandemiya əvvəlcədən planlaşdırılmışdı? - Maskdan COVID-19-la bağlı rezonans yaradan çıxış - Baku TV

Dünya
25 июня 2026 43 просмотров
Avropa İttifaqı Gürcüstana qarşı faşist kimi davranır | Papuaşvili

Avropa İttifaqı Gürcüstana qarşı faşist kimi davranır | Papuaşvili

Dünya
25 июня 2026 43 просмотров
122 raketlik kreyser İranın qapısında: "USS Princeton"un gəlişi nədən xəbər verir? - AKTUAL GÜNDƏM

122 raketlik kreyser İranın qapısında: "USS Princeton"un gəlişi nədən xəbər verir? - AKTUAL GÜNDƏM

Dünya
25 июня 2026 43 просмотров
Lukaşenko Rusiyanın Ukrayna ilə müharibəyə girmək tələbini rədd etdi

Lukaşenko Rusiyanın Ukrayna ilə müharibəyə girmək tələbini rədd etdi

Dünya
25 июня 2026 43 просмотров
Ermənistan Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığı davam etdirəcək?

Ermənistan Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığı davam etdirəcək?

Dünya
25 июня 2026 43 просмотров
“İnsanların olduğu yerdə qorxur” | Bu kişi ədalətsizlik sayəsində varlandı, amma... - Baku TV

“İnsanların olduğu yerdə qorxur” | Bu kişi ədalətsizlik sayəsində varlandı, amma... - Baku TV

Dünya
25 июня 2026 43 просмотров
Özbəkistanın məşhur "Əndican rəqsi" "Ginnesin Rekordlar Kitabı"na daxil edilib

Özbəkistanın məşhur "Əndican rəqsi" "Ginnesin Rekordlar Kitabı"na daxil edilib

Dünya
25 июня 2026 43 просмотров
Livanın cənubunda yaradılacaq "pilot zonaları" ilə bağlı müzakirələr

Livanın cənubunda yaradılacaq "pilot zonaları" ilə bağlı müzakirələr

Dünya
25 июня 2026 43 просмотров
Выбранные
icon