Выбрать плеер:

ABŞ-nin rəhbərliyi altında keçirilən genişmiqyaslı "Valiant Shield" hərbi təlimləri 

22 июня 2026 43 просмотров

ABŞ-nin rəhbərliyi altında keçirilən genişmiqyaslı "Valiant Shield" hərbi təlimləri başlayıb. Yaponiyanın da iştirak etdiyi manevrlər iyunun 22-dən iyulun 1-dək Hind-Sakit okean regionunda davam edəcək.

Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Təlimlər Quam və Havay adaları da daxil olmaqla, geniş ərazini əhatə edəcək.

Yaponiya ərazisində Özünümüdafiə Qüvvələrinin bazaları, ABŞ hərbi obyektləri, həmçinin onlara bitişik hava və dəniz məkanından istifadə olunacaq.

Bildirilir ki, ABŞ-dən başqa digər ölkələrin hərbi təyyarə və ya gəmilərinin Yaponiyada yerləşdirilməsi nəzərdə tutulmur.

Təlim proqramına birgə hava döyüşləri, gəmiəleyhinə əməliyyatlar, hava-desant tapşırıqları, uçuş-eniş zolaqlarının bərpası və hərbi tibb üzrə manevrlər daxildir.

Əsas hava döyüşləri Yaponiya dənizi, Okinavanın cənubu və Titose aviabazası ətrafında keçiriləcək.

Yaponiya bu mərhələdə 30 qırıcı, iki yanacaqdaşıyan təyyarə, bir AWACS erkən xəbərdarlıq təyyarəsi, dörd nəqliyyat təyyarəsi və zenit bölməsi cəlb edəcək. ABŞ isə dörd qırıcı, üç yanacaqdaşıyan təyyarə və hava hücumundan müdafiə bölmələri ilə təmsil olunacaq. Okinavanın cənubunda isə Yaponiya səkkiz, ABŞ isə 30 qırıcı və üç yanacaqdaşıyan təyyarə ilə iştirak edəcək.

Hava-desant mərhələsinin iyunun 25-29-da əsasən Hokkaydo adasındakı Böyük Təlim Poliqonunda keçirilməsi planlaşdırılır.

Yaponiya təlimlərə hava-desant briqadası və artilleriya bölmələri, ABŞ isə dəniz piyadaları və C-130 hərbi-nəqliyyat təyyarəsi ayıracaq.

Скопировано
Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək

Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək

Dünya
22 июня 2026 43 просмотров
Fransada temperatur 40 dərəcəyə yüksəlib

Fransada temperatur 40 dərəcəyə yüksəlib

Dünya
22 июня 2026 43 просмотров
"Ən ağır döyüşlər burada oldu" | Rusiya-Ukrayna müharibəsində gərginlik pik həddə - Baku TV

"Ən ağır döyüşlər burada oldu" | Rusiya-Ukrayna müharibəsində gərginlik pik həddə - Baku TV

Dünya
22 июня 2026 43 просмотров
“Arzularını özləri ilə birlikdə məzara aparacaqlar” | Sadeqidən Trampa mesaj

“Arzularını özləri ilə birlikdə məzara aparacaqlar” | Sadeqidən Trampa mesaj

Dünya
22 июня 2026 43 просмотров
Polşa-Ukrayna gərginliyi artır: Moskva fürsəti necə dəyərləndirir? - AKTUAL GÜNDƏM

Polşa-Ukrayna gərginliyi artır: Moskva fürsəti necə dəyərləndirir? - AKTUAL GÜNDƏM

Dünya
22 июня 2026 43 просмотров
Rusiya-Ukrayna cəbhəsində gərginlik pik həddə - Baku TV CANLI

Rusiya-Ukrayna cəbhəsində gərginlik pik həddə - Baku TV CANLI

Dünya
22 июня 2026 43 просмотров
Meksikada kəşf edilən ən qədim Maya tarixi

Meksikada kəşf edilən ən qədim Maya tarixi

Dünya
22 июня 2026 43 просмотров
Türkiyədə yenidən Rusiya-Ukrayna danışıqları baş tutacaq?

Türkiyədə yenidən Rusiya-Ukrayna danışıqları baş tutacaq?

Dünya
22 июня 2026 43 просмотров
Starmerin komandası hakimiyyətin təhvil verilməsinə hazırlaşır | "The Guardian"

Starmerin komandası hakimiyyətin təhvil verilməsinə hazırlaşır | "The Guardian"

Dünya
22 июня 2026 43 просмотров
İranla müharibə ABŞ-yə neçəyə başa gəlib? - Heyrətə gətirən detallar üzə çıxdı - Baku TV

İranla müharibə ABŞ-yə neçəyə başa gəlib? - Heyrətə gətirən detallar üzə çıxdı - Baku TV

Dünya
22 июня 2026 43 просмотров
Выбранные
icon