ABŞ Prezidentindən mühüm bəyanat: "İranla bağlı hər şey qaydasındadır" - Baku TV
“İran münaqişənin həlli ilə bağlı ABŞ ilə aparılan danışıqlarda böyük güzəştlərə gedir”.
Bu sözləri Ağ Ev rəhbəri Donald Tramp Konqresdə jurnalistlərlə görüşü zamanı bildirib.
O qeyd edib ki, İran ABŞ-nin irəli sürdüyü tələblərlə razılaşıb və danışıqlar müsbət istiqamətdə davam edir.
“İran çox böyük güzəştlər edir. Görək bundan sonra nə olacaq. Hər şey çox yaxşı gedir”, – deyə Donald Tramp bildirib.
Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp və iranlı həmkarı Məsud Pezeşkian “İslamabad razılaşması”nı elektron şəkildə imzalayıblar. Sənədə əsasən, tərəflər İranın nüvə proqramı və beynəlxalq sanksiyalarla bağlı məsələləri əhatə edən yekun razılaşma üçün 60 günlük danışıqlar aparacaqlar.
Bu arada, ABŞ dövlət katibi Marko Rubio isə hesab edir ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana mümkün qədər tez daxil olmasına icazə verməlidir.
O, İran hökumətini agentliyin müfəttişlərinin ölkəyə qayıtmasına dərhal icazə verməyə çağırıb.
“Bu baş verməlidir. İran rəsmiləri bu öhdəliyi götürüblər və onu yerinə yetirməlidirlər”, – deyə Rubio bildirib.
