Baş nazirlər əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər
Hindistan və Ermənistanın baş nazirləri Narendra Modi ilə Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Hindistanın Baş naziri "X" sosial şəbəkə hesabında yazıb.
"Bu gün Baş nazir Nikol Paşinyanın telefon zənginə şad oldum. Onu və partiyasını Ermənistanda bu yaxınlarda keçirilmiş parlament seçkilərindəki qələbə münasibətilə təbrik etdim. Hindistan vətəndaşlarının İrandan təxliyə olunmasında göstərdiyi köməyə görə ona təşəkkür etdim", – deyə Baş nazir bildirib.
Narendra Modinin sözlərinə görə, tərəflər həmçinin iki ölkə arasında tərəfdaşlığın, xüsusən də ticarət, müdafiə, texnologiya və sosial əlaqələr kimi əsas istiqamətlərdə daha da gücləndirilməsinə sadiqliklərini təsdiqləyiblər.
"Hindistan-Ermənistan münasibətlərinin daha yüksək səviyyəyə çıxarılması üçün sıx əməkdaşlığı səbirsizliklə gözləyirik", – deyə Hindistanın Baş naziri qeyd edib.
