Выбрать плеер:

BMT-nin Baş katibi tərəfləri danışıqları bərpa etməyə çağırıb - Baku TV

09 июля 2026 123 просмотров

BMT-nin Baş katibi Antonio Quterreş Fars körfəzində hərbi qarşıdurmanın yenidən başlamasından narahatlığını bildirərək, sonrakı eskalasiyanın İranla ABŞ arasında diplomatik irəliləyişi poza biləcəyi barədə xəbərdarlıq edib.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin sözlərinə görə, Quterreş tammiqyaslı hərbi əməliyyatlara qayıtmağın region xalqları, beynəlxalq sülh və təhlükəsizlik, eləcə də dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

Baş katib bütün tərəfləri maksimum təmkinlilik göstərməyə, gələcək eskalasiyadan çəkinməyə, danışıqları mümkün qədər tez bərpa etməyə və mövcud fikir ayrılıqlarının diplomatik yolla həllinə çağırıb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı yeni genişmiqyaslı zərbələrin başladığını açıqlayıb. Bu barədə qurumun mətbuat xidməti "X" sosial şəbəkə hesabında məlumat yayıb. ABŞ tərəfi bildirir ki, bu əməliyyatlar İranın Hörmüz boğazı ərazisində üç mülki gəmiyə endirdiyi zərbələrə cavab tədbiridir.

Digər tərəfdən, İran mediası ölkənin cənubundakı Sirik şəhərində yeddi, Bəndər-Abbas şəhərində isə altı partlayışın baş verdiyini bildirib. Zərbələrin nəticələri barədə hələlik ətraflı məlumat yoxdur. Xəsarət alanlarla bağlı da hər hansı bir məlumat verilmir.

Скопировано
Netanyahu Trampla görüşdə hansı təklifləri irəli sürəcək? - ANA XƏBƏR

Netanyahu Trampla görüşdə hansı təklifləri irəli sürəcək? - ANA XƏBƏR

Dünya
28 июля 2026 123 просмотров
Yeni tikiləcək zavod yanacaq təminatını gücləndirə bilər

Yeni tikiləcək zavod yanacaq təminatını gücləndirə bilər

Dünya
28 июля 2026 123 просмотров
Fransada son bir ayda üç muzey qarət edilib

Fransada son bir ayda üç muzey qarət edilib

Dünya
28 июля 2026 123 просмотров
BMT-nin Baş katibinin adaya səfəri nə ilə yadda qalacaq? - Baku TV CANLI

BMT-nin Baş katibinin adaya səfəri nə ilə yadda qalacaq? - Baku TV CANLI

Dünya
28 июля 2026 123 просмотров
Kalininqrad yaxınlığındakı uçuş NATO-Rusiya gərginliyinin yeni siqnalıdır? - Baku TV CANLI

Kalininqrad yaxınlığındakı uçuş NATO-Rusiya gərginliyinin yeni siqnalıdır? - Baku TV CANLI

Dünya
28 июля 2026 123 просмотров
Vaşinqton tammiqyaslı əməliyyata qərar verərsə, İsrail hansı addımı atacaq? - Baku TV CANLI

Vaşinqton tammiqyaslı əməliyyata qərar verərsə, İsrail hansı addımı atacaq? - Baku TV CANLI

Dünya
28 июля 2026 123 просмотров
Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV CANLI

Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV CANLI

Dünya
28 июля 2026 123 просмотров
Zelenski ABŞ-də səfərdə | Trampın qərarı müharibənin gedişini dəyişə bilər - Baku TV CANLI

Zelenski ABŞ-də səfərdə | Trampın qərarı müharibənin gedişini dəyişə bilər - Baku TV CANLI

Dünya
28 июля 2026 123 просмотров
Fransada 14 minə yaxın yanğın qeydə alındı

Fransada 14 minə yaxın yanğın qeydə alındı

Dünya
28 июля 2026 123 просмотров
Danışıqlar baş tutmasa, zərbələr bərpa olunacaq?

Danışıqlar baş tutmasa, zərbələr bərpa olunacaq?

Dünya
28 июля 2026 123 просмотров
Выбранные
icon