Börnhem Britaniyanın Trampa qarşı çıxmağa hazır olduğunu bildirib
Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem Birləşmiş Krallığın maraqlarına xidmət edəcəyi hallarda ABŞ Prezidenti Donald Trampa qarşı çıxmağa hazır olduğunu bildirib.
Börnhem bu barədə "BBC" telekanalına müsahibəsində dəyib.
O vurğulayıb ki, həmişə Britaniyanın maraqlarını birinci yerə qoyacaq və zəruri hesab edəcəyi təqdirdə, Trampa onun səhvlərini göstərməyə hazırdır:
"Bütün liderlər bunu etməlidir. Siz hər şeydən əvvəl öz milli maraqlarınızı qorumalısınız. Əgər siz bu işi layiqincə yerinə yetirmək istəyirsinizsə, sizdən məhz bu tələb olunur".
Keçən ay baş nazir vəzifəsini tərk edən Kir Starmerin ABŞ ilə İsrailin İrana qarşı müharibəsi, immiqrasiya, energetika və texnologiyaların tənzimlənməsi ilə bağlı fikir ayrılıqlarına görə onu tənqid edən Amerika lideri ilə münasibətləri gərgin olub. Tramp əvvəlcə Starmerin xələfini "həddindən artıq liberal" adlandırsa da, sonradan Börnhemlə "çox yaxşı söhbət" apardığını qeyd edib.
Börnhem həmçinin NATO üzrə müttəfiqlərlə olan razılaşmalara sadiqliyini diqqətə çatdırıb.
"Bizim ilkin vəzifəmiz müdafiə investisiyaları planının tam maliyyələşdirilməsini təmin etməkdir və gələn ilin büdcəsi formalaşana qədər məhz bunun üzərində işləməliyik", – deyə Baş nazir əlavə edib.
O sonda vurğulayıb ki, London müdafiə xərclərinin ÜDM-in 3%-i səviyyəsində təmin edilməsi üçün tədbirlər görəcək.
Тег #Böyük Britaniya используется
- İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirinə təbrik məktubu ünvanladı - Baku TV
- Böyük Britaniyanın Baş nazirinin istefası rəsmiləşdi
- Cəbəllütariqlə bağlı siyasi qeyri-müəyyənliyə son qoyulub
- Ukraynanın müdafiəsinə 90 milyardlıq təkan | Daha bir Avropa ölkəsi hərəkətə keçdi - Baku TV CANLI
- Məhdudiyyətlərə fiziki şəxslər və elmi-tədqiqat institutları daxildir
