Böyük Britaniya və Türkiyə arasında tarixi razılaşma | İstanbuldan dünyaya mesaj
Türkiyə “Eurofighter Typhoon” qırıcı təyyarələrindən istifadə edə biləcək.
Belə ki, bununla bağlı İstanbulda Böyük Britaniya ilə memorandum imzalanıb.
Sənədi Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Böyük Britaniyanın müdafiə naziri Con Hili imzalayıblar.
“Türkiyə və Böyük Britaniya Avropa İttifaqına üzv olmasalar da, NATO-ya daxildirlər. Bu sənəd gələcək əməkdaşlığın dərinləşdirilməsində qətiyyətin rəmzidir. Daha böyük saziş imzalanacaq və Türkiyə “Typhoon” klubuna daxil ediləcək”, – deyə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
Qeyd edək ki, “Eurofighter Typhoon” dördüncü nəsil qırıcı təyyarədir və Britaniya ilə yanaşı, Almaniya, İtaliya, İspaniya, Avstriya, Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Qətərin Hərbi Hava Qüvvələrində istifadə olunur.
