Выбрать плеер:

Bu ərazidə məktəblər bağlandı | Ayı hücum etdi, qorxulu anlar yaşandı - Baku TV

09 июня 2026 171 просмотров

Yaponiyanın Utsunomiya şəhərində artıq üç gündür küçələrdə dolaşan ayı səbəbindən yüzə yaxın təhsil müəssisəsi fəaliyyətini dayandırıb.

Yerli hökumət yırtıcının ticarət mərkəzləri də daxil olmaqla şəhərin müxtəlif yerlərində dəfələrlə görünməsindən sonra belə bir qərar qəbul edib.

Tokionun şimalında yerləşən Utsunomiya administrasiyası 94 dövlət ibtidai və orta məktəbinin bağlanması barədə göstəriş verib. Buna səbəb şənbə günündən bəri ayının peyda olması ilə bağlı ondan çox müraciətin daxil olmasıdır. Hazırda heyvanın axtarışlarına onlarla ovçu, polis əməkdaşı və yerli rəsmilər cəlb olunub.

Şəhər hakimiyyətinin nümayəndəsi bildirib ki, ayının göründüyü ərazilərdə əhalini xəbərdar etmək üçün xüsusi texnikalardan istifadə olunur. Sakinlərə evlərində və ya avtomobillərində qalmaları, zərurət olmadan küçəyə çıxmamaları barədə xəbərdarlıq edilib. Eyni zamanda rəsmi şəxs şəhərdə bir, yoxsa bir neçə ayının dolaşdığının hələlik məlum olmadığını vurğulayıb.

Qeyd edək ki, son illər Yaponiyada ayıların şəhər mərkəzlərinə gəlməsi və insanlara hücum etməsi halları artıb. Ötən il ayı hücumları nəticəsində rekord sayda – 13 nəfər həyatını itirib. Mütəxəssislər bu hadisələrin artmasını ayıların qış yuxusundan ac halda oyanaraq qida axtarışı üçün yaşayış məntəqələrinə üz tutması ilə izah edirlər.

Скопировано
Ukrayna Moskvaya yeni hücumlarla cavab verir

Ukrayna Moskvaya yeni hücumlarla cavab verir

Dünya
27 июля 2026 171 просмотров
İspaniyada meşə yanğınları həyatı iflic edib

İspaniyada meşə yanğınları həyatı iflic edib

Dünya
27 июля 2026 171 просмотров
İran XİN sözçüsündən ABŞ-yə müharibə barədə qəti xəbərdarlıq - Baku TV CANLI

İran XİN sözçüsündən ABŞ-yə müharibə barədə qəti xəbərdarlıq - Baku TV CANLI

Dünya
27 июля 2026 171 просмотров
“Başqa yol yoxdur, bu məsələlərdə razılıq əldə edilməsə...” | Netanyahu ABŞ-yə niyə gedir? - Baku TV

“Başqa yol yoxdur, bu məsələlərdə razılıq əldə edilməsə...” | Netanyahu ABŞ-yə niyə gedir? - Baku TV

Dünya
27 июля 2026 171 просмотров
İrandan Ukraynaya sensasiyalı mesaj: “Xeybər” raketi işə düşə bilər? - Baku TV CANLI

İrandan Ukraynaya sensasiyalı mesaj: “Xeybər” raketi işə düşə bilər? - Baku TV CANLI

Dünya
27 июля 2026 171 просмотров
Putin sərt danışdı: Kalininqrada yönələn təhdid cavabsız qalmayacaq - Baku TV CANLI

Putin sərt danışdı: Kalininqrada yönələn təhdid cavabsız qalmayacaq - Baku TV CANLI

Dünya
27 июля 2026 171 просмотров
Asuka və Fucivara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

Asuka və Fucivara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

Dünya
27 июля 2026 171 просмотров
“Hizbullah”ın müdafiəsi İranın strateji siyasətidir” | Xamenei

“Hizbullah”ın müdafiəsi İranın strateji siyasətidir” | Xamenei

Dünya
27 июля 2026 171 просмотров
Miqrant ailələrini nə gözləyir? - Putinin imzaladığı yeni qanunun detalları - Baku TV CANLI

Miqrant ailələrini nə gözləyir? - Putinin imzaladığı yeni qanunun detalları - Baku TV CANLI

Dünya
27 июля 2026 171 просмотров
24 iştirakçı “Papa 2026” titulu uğrunda mübarizə aparıb

24 iştirakçı “Papa 2026” titulu uğrunda mübarizə aparıb

Dünya
27 июля 2026 171 просмотров
Выбранные
icon