Выбрать плеер:

Epşteynin ölümü ilə bağlı daha bir iddia - Baku TV

10 февраля 2026 77 просмотров

ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Ceffri Epşteyn işi üzrə sənədlərdə onun ölümü ilə bağlı prokurorun bəyanatının qaralama variantı aşkar edilib. Həmin sənəd maliyyəçinin 2019-cu il avqustun 10-da həbsxana kamerasında ölü tapılmasından bir gün əvvəl hazırlanıb.

Bu barədə “The Daily Mail” məlumat yayıb.

ABŞ-nin Manhetten dairəsi üzrə prokuroru Ceffri Bermanın 9 avqust 2019-cu il tarixli bəyanatında qeyd olunur ki, səhər saatlarında Manhetten İslah Mərkəzi Ceffri Epşteynin kamerasında huşsuz vəziyyətdə tapıldığı və qısa müddət sonra onun öldüyünün elan edildiyini təsdiqləyib.

Bermanın sözlərinə görə, bu cür hadisələr narahatlıq doğurur, Epşteynin çoxsaylı qurbanlarının məhkəmə qarşısına çıxa bilməsi yolunda daha bir maneəyə çevrilə bilər.

Məlumata görə, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) və Ədliyyə Nazirliyinin sərəncamında Epşteynin öldüyü gecə həbsxananın müşahidə kamerası ilə çəkilmiş tam videoqeyd var.

“The Daily Mail” yazıb ki, ABŞ Ədliyyə Nazirliyi iyulun 7-də Epşteynin ölüm gecəsi maliyyəçinin kamerasının yaxınlığındakı dəhlizi əks etdirən 11 saatlıq videoyazını dərc edib. Bu material Epşteynə qarşı sui-qəsdin olmadığını sübut etməli idi. Amma açıqlanan videomaterialda bir dəqiqəlik boşluğun olması geniş mübahisə və məlumatın gizlədilməsi ilə bağlı ehtimallara səbəb olub. Keçən il iyulun 8-də ABŞ-nin Baş prokuroru Pem Bondi videodakı çatışmayan fraqmentlə bağlı dindirilib. O deyib ki, ABŞ Federal Həbsxanalar Bürosu təqdim olunan qeyddə bir dəqiqənin videokameranın lentinin dəyişdirilməsi prosesi səbəbindən çatışmadığını ona izah edib.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi 2026-cı il yanvarın 30-da pedofiliya da daxil olmaqla, çoxsaylı cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteynə dair dosyedən 3 milyondan çox səhifəlik sənəd, 2 mindən artıq video və 180 min fotoşəklin dərcini başa çatdırıb. Sənədlərdə müxtəlif ölkələrdən hakim ailələrin üzvləri, tanınmış dövlət xadimləri, biznesmenlər, diplomatlar və alimlərin adları yer alır.

Epşteynin tam dosyesinin açıqlanması 2025-ci ilin noyabrında Konqres tərəfindən qəbul edilən və hazırkı ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan qanunla tələb olunmuşdu. ABŞ-də Epşteynə qarşı cinayət işi onun 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etməsindən sonra dayandırılmışdı.

Скопировано
Donald Tramp ABŞ-nin İranda mümkün rolunu müzakirə edir

Donald Tramp ABŞ-nin İranda mümkün rolunu müzakirə edir

Dünya
05 марта 2026 77 просмотров
Polşa NATO qüvvələrinin Ukraynada yerləşdirilməsinə qarşı çıxıb

Polşa NATO qüvvələrinin Ukraynada yerləşdirilməsinə qarşı çıxıb

Dünya
05 марта 2026 77 просмотров
Trampdan İrandakı hərbi əməliyyatla bağlı sensasiyalı açıqlama - Baku TV CANLI

Trampdan İrandakı hərbi əməliyyatla bağlı sensasiyalı açıqlama - Baku TV CANLI

Dünya
05 марта 2026 77 просмотров
İraq Kürdüstanının rəhbəri yayılan məlumatları təkzib etdi

İraq Kürdüstanının rəhbəri yayılan məlumatları təkzib etdi

Dünya
05 марта 2026 77 просмотров
ABŞ Konqresində Epşteyn işi ilə bağlı baş prokurordan ifadə tələb olunur

ABŞ Konqresində Epşteyn işi ilə bağlı baş prokurordan ifadə tələb olunur

Dünya
05 марта 2026 77 просмотров
Torpaq sürüşməsində 200-dən çox insan ölüb

Torpaq sürüşməsində 200-dən çox insan ölüb

Dünya
05 марта 2026 77 просмотров
İspaniya 171 vətəndaşını Omandan geri qaytarıb

İspaniya 171 vətəndaşını Omandan geri qaytarıb

Dünya
05 марта 2026 77 просмотров
Kəşmirdə İrana dəstək nümayişi təşkil edildi

Kəşmirdə İrana dəstək nümayişi təşkil edildi

Dünya
05 марта 2026 77 просмотров
Yəhudilər Qüdsdə Purim bayramıın qeyd edirlər

Yəhudilər Qüdsdə Purim bayramıın qeyd edirlər

Dünya
05 марта 2026 77 просмотров
Uşaqlar arasında piylənmə 3 dəfə artıb

Uşaqlar arasında piylənmə 3 dəfə artıb

Dünya
05 марта 2026 77 просмотров
Выбранные
icon