Hörmüz boğazı ilə bağlı qərar | İran genişmiqyaslı yoxlamalara razılıq verəcək? - Baku TV
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran nüvə proqramının hərbi məqsədlər daşımadığına təminat vermək üçün genişmiqyaslı yoxlamaların keçirilməsinə razılıq verəcək.
Bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"Hər kəsə məlumdur ki, İran uzunmüddətli perspektivdə nüvə proqramının dinc xarakter daşıdığına təminat vermək üçün genişmiqyaslı silah yoxlamalarına razılaşacaq", – deyə Tramp qeyd edib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə bildirib ki, ABŞ və İran Hörmüz boğazının daim açıq qalmasını təmin etmək üçün yol tapıblar.
Vitse-prezident bu barədə Bürgenştokda İran nümayəndə heyəti ilə danışıqlardan sonra jurnalistlərə deyib.
"Biz Hörmüz boğazının sadəcə açılacağını deyil, həm də açıq qalacağını zəmanət altına almağa imkan verən mexanizm yaratdıq", – deyə Vens qeyd edib.
O xatırladıb ki, boğaz vasitəsilə artıq təxminən 15 milyon barel neft daşınıb və o, dünya yanacaq bazarlarında qiymətlərin enəcəyini düşünür. Vensin sözlərinə görə, həmçinin regional atəşkəsin qorunub saxlanması və mümkün münaqişələrə nəzarət üçün mexanizm yaradılıb.
"Biz atəşkəsin qorunmasına zəmanət vermək üçün israillilərdən tutmuş Fars körfəzindəki ərəblərə qədər müttəfiqlərimizlə işləyirik. Bu məsələdə işlərin yaxşı getdiyini hiss edirik", – deyə vitse-prezident açıqlayıb.
Тег #Donald Tramp используется
- Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR
- “Arzularını özləri ilə birlikdə məzara aparacaqlar” | Sadeqidən Trampa mesaj
- Cenevrədə böhran: İran Trampın təhdidlərinə görə danışıqları dayandırdı? - AKTUAL GÜNDƏM
- Fransa Prezidenti: "ABŞ lideri artıq Ukraynanın münaqişədə uduzduğunu hesab etmir" - Baku TV
- Tramp ABŞ-İran memorandumuna şərt qoydu | ABŞ boğazda ödənişləri bərpa edəcək? - Baku TV
