Выбрать плеер:

İran Türkiyəyə raket atdı, nazirlər təcili telefonla danışdı, Səfir XİN-də çağırıldı - Baku TV

05 марта 2026 26 просмотров

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı zamanı İranın Türkiyə istiqamətində ballistik raket atmasını müzakirə ediblər.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Tərəflər regionda artan gərginlik ətrafında fikir mübadiləsi aparıb, davam edən hücumlar, o cümlədən Türkiyəyə qarşı son hücum cəhdi ilə bağlı ciddi narahatlıqlarını ifadə edib, gərginliyin dərhal azaldılmasını və təmkinliliyin zəruriliyini vurğulayıblar", – deyə məlumatda bildirilib.

Məhəmməd İshaq Dar Pakistanın Türkiyə ilə həmrəy olduğunu və ölkələrin regional sülh və sabitliyin qorunması üçün səyləri əlaqələndirməyə hazır olduqlarını təsdiqləyib.

Qeyd edək ki, məsələyə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib.

"Bölgəmizin çətin günlərdən keçdiyi bir vaxtda işi qətiyyən təsadüfə buraxmırıq. Baş verən hadisədə olduğu kimi, NATO üzrə müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq bütün zəruri tədbirləri görür və dərhal lazımi müdaxiləni edirik", – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Xatırladaq ki, hadisə ilə bağlı İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Ankaranın narahatlığı və reaksiyası İran tərəfinə çatdırılıb.

Скопировано
Torpaq sürüşməsində 200-dən çox insan ölüb

Torpaq sürüşməsində 200-dən çox insan ölüb

Dünya
05 марта 2026 26 просмотров
İspaniya 171 vətəndaşını Omandan geri qaytarıb

İspaniya 171 vətəndaşını Omandan geri qaytarıb

Dünya
05 марта 2026 26 просмотров
Kəşmirdə İrana dəstək nümayişi təşkil edildi

Kəşmirdə İrana dəstək nümayişi təşkil edildi

Dünya
05 марта 2026 26 просмотров
Yəhudilər Qüdsdə Purim bayramıın qeyd edirlər

Yəhudilər Qüdsdə Purim bayramıın qeyd edirlər

Dünya
05 марта 2026 26 просмотров
Uşaqlar arasında piylənmə 3 dəfə artıb

Uşaqlar arasında piylənmə 3 dəfə artıb

Dünya
05 марта 2026 26 просмотров
Rusiya ABŞ və İsrailin hücumlarını pisləyib | ABŞ-nin əsas strategiyası nədir? - YENİ BİR SƏHƏR

Rusiya ABŞ və İsrailin hücumlarını pisləyib | ABŞ-nin əsas strategiyası nədir? - YENİ BİR SƏHƏR

Dünya
05 марта 2026 26 просмотров
Vaşinqtondan böyük xərc | ABŞ gündə neçə milyon dollar xərcləyir? - Baku TV

Vaşinqtondan böyük xərc | ABŞ gündə neçə milyon dollar xərcləyir? - Baku TV

Dünya
05 марта 2026 26 просмотров
İrandan Türkiyəyə balistik raket atılıb | Ankaradan Tehrana xəbərdarlıq - Baku TV

İrandan Türkiyəyə balistik raket atılıb | Ankaradan Tehrana xəbərdarlıq - Baku TV

Dünya
05 марта 2026 26 просмотров
İranın müdafiə və aşkarlama sistemləri məhv edildi - Baku TV

İranın müdafiə və aşkarlama sistemləri məhv edildi - Baku TV

Dünya
05 марта 2026 26 просмотров
İran-ABŞ münaqişəsi | Vaşinqtonun əsas planı nədir? - 24 SAAT

İran-ABŞ münaqişəsi | Vaşinqtonun əsas planı nədir? - 24 SAAT

Dünya
05 марта 2026 26 просмотров
Выбранные
icon