Выбрать плеер:

İran xaricdə dondurulmuş aktivlərin yarısının dərhal qaytarılmasını tələb edir

05 июня 2026 46 просмотров

“İran ABŞ ilə mümkün razılaşmanın imzalanmasından sonra xaricdə dondurulmuş aktivlərinin azı 50 faizinin dərhal ölkəyə qaytarılmasını tələb edir”.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu barədə “Mehr” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın maraqlarına cavab verən əsas məsələlərdən biri ölkəyə məxsus maliyyə vəsaitlərinin dondurulmuş vəziyyətdən çıxarılmasıdır. Hazırda həmin vəsaitlərin hansı hissəsinin dərhal, hansı hissəsinin isə sonrakı mərhələdə qaytarılacağı müzakirə olunur.

Diplomat vurğulayıb ki, Tehranın minimum tələbi qarşılıqlı anlaşma memorandumunun imzalanmasından dərhal sonra bu vəsaitlərin 50 faizinin İrana verilməsidir.

İran rəsmisi dondurulmuş aktivlərin qaytarılmasının iki ölkə arasında etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını hesab edir.

O əlavə edib ki, Tehran bu məsələni ABŞ ilə aparılan danışıqlarda prioritet mövzulardan biri kimi gündəmdə saxlayır.

Kazem Qəribabadi həmçinin bildirib ki, Tehran Hörmüz boğazından tranzit üçün ödəniş almaq niyyətində deyil. O, yalnız gəmilərə göstərəcəyi xidmətlər üçün ödəniş tələb edir.

Söhbət naviqasiya təminatı, axtarış-xilasetmə əməliyyatları, gəmiçilik təhlükəsizliyi sahəsində xidmətlər, eləcə də ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi fəaliyyətlərdən gedir.

Rusiyanın təzyiqi, Avropanın himayəsi, Paşinyanın səsi | Ermənistanda 7 iyunda havalar necə olacaq?

Rusiyanın təzyiqi, Avropanın himayəsi, Paşinyanın səsi | Ermənistanda 7 iyunda havalar necə olacaq?

Dünya
05 июня 2026 46 просмотров
Zelenski sülh çağırışı fonunda güc nümayiş etdirir - Baku TV

Zelenski sülh çağırışı fonunda güc nümayiş etdirir - Baku TV

Dünya
05 июня 2026 46 просмотров
Putin Zelenskinin məktubunu oxumayıb?

Putin Zelenskinin məktubunu oxumayıb?

Dünya
05 июня 2026 46 просмотров
İranlı deputatlar ölkənin ali lideri Müctəba Xameneiyə müraciət etdilər - ANA XƏBƏR

İranlı deputatlar ölkənin ali lideri Müctəba Xameneiyə müraciət etdilər - ANA XƏBƏR

Dünya
05 июня 2026 46 просмотров
“İldə bir dəfə yox, həmişə eyni masa arxasında olmalıyıq” | Edi Rama

“İldə bir dəfə yox, həmişə eyni masa arxasında olmalıyıq” | Edi Rama

Dünya
05 июня 2026 46 просмотров
Ermənistanda müxalifət seçki nəticələrini tanımayacaq: Çevrilişə hazırlıq gedir? - AKTUAL GÜNDƏM

Ermənistanda müxalifət seçki nəticələrini tanımayacaq: Çevrilişə hazırlıq gedir? - AKTUAL GÜNDƏM

Dünya
05 июня 2026 46 просмотров
İran Oman dənizində ABŞ-nin hərbi gəmilərinə hücum etdi - Baku TV CANLI

İran Oman dənizində ABŞ-nin hərbi gəmilərinə hücum etdi - Baku TV CANLI

Dünya
05 июня 2026 46 просмотров
ABŞ-nin yeni hədəfi haradır? - Panlar üzə çıxdı: Tramp hərəkətə keçəcək - Baku TV

ABŞ-nin yeni hədəfi haradır? - Panlar üzə çıxdı: Tramp hərəkətə keçəcək - Baku TV

Dünya
05 июня 2026 46 просмотров
Seçkiyə gəlmişdilər, hərbi çağırış aldılar | Ermənilər ölkəyə girişdə saxlanılır? - Baku TV CANLI

Seçkiyə gəlmişdilər, hərbi çağırış aldılar | Ermənilər ölkəyə girişdə saxlanılır? - Baku TV CANLI

Dünya
05 июня 2026 46 просмотров
Ukrayna Ordusu genişmiqyaslı əməliyyat həyata keçirdi

Ukrayna Ordusu genişmiqyaslı əməliyyat həyata keçirdi

Dünya
05 июня 2026 46 просмотров
Выбранные
icon