Dünya
Выбрать плеер:

İsrail Qəzzada yeni əməliyyata başladı | Hərbi hədəflər vuruldu

06 октября 2024

İsrail hərbçiləri gecə Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsində HƏMAS hərəkatının yaraqlı dəstələrinə qarşı əməliyyata başlayıb, onlarla hədəfə hücum edilib.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələrinin əvvəlcədən əldə etdiyi kəşfiyyat məlumatları, cari vəziyyətin qiymətləndirilməsi və İsrail Müdafiə Qüvvələrinin sahə fəaliyyətləri əsasında Qəzza zolağının şimalındakı Cəbaliya bölgəsində terrorçuların və terror infrastrukturunun mövcudluğunu göstərən, həmçinin HƏMAS-ın bu bölgədə öz əməliyyat potensialını bərpa etmək cəhdləri fonunda 162-ci diviziya oktyabrın 6-dan Cəbaliya bölgəsində fəaliyyətə başlayıb”, – məlumatda deyilir.

Ordunun bəyanatına görə, əməliyyatdan əvvəl və artıq onun gedişində quru bölmələrinin fəaliyyətini dəstəkləmək üçün İsrail Hərbi Hava Qüvvələri bu bölgədə onlarla hərbi hədəfə zərbələr endirib.

“Vurulmuş hədəflər arasında silah anbarları, yeraltı infrastruktur obyektləri, terrorçu dəstələri və digər hərbi infrastruktur obyektləri var idi”, – deyə mətbuat xidməti diqqətə çatdırıb.

“Bu bölgədəki terror infrastrukturunun sistematik məhv edilməsinə yönəlmiş əməliyyat məqsədlərinə çatmaq üçün lazım olduğu qədər davam edəcək”, – ordudan bildirilib.

ABŞ bunu etməklə İsrailin İrana hücumunun qarşısını alır | Ekspertlər nələri açıqladı?

ABŞ bunu etməklə İsrailin İrana hücumunun qarşısını alır | Ekspertlər nələri açıqladı?

Dünya
06 октября 2024
İran Hərbi Hava Qüvvələrini hazır vəziyyətə gətirdi | Müharibə başlayır?

İran Hərbi Hava Qüvvələrini hazır vəziyyətə gətirdi | Müharibə başlayır?

Dünya
06 октября 2024
Uşaq dünyaya gətirmək üçün rəsmi nikaha ehtiyac olmayan ölkə - ORALARDA NECƏDİR?

Uşaq dünyaya gətirmək üçün rəsmi nikaha ehtiyac olmayan ölkə - ORALARDA NECƏDİR?

Dünya
05 октября 2024
Bu ərazini tərk edin! | İsrailin əsas hədəfləri hansılardır?

Bu ərazini tərk edin! | İsrailin əsas hədəfləri hansılardır?

Dünya
05 октября 2024
Daşqın bu ölkədə ağır fəsadlara səbəb oldu | Dəhşətə gətirən mənzərə

Daşqın bu ölkədə ağır fəsadlara səbəb oldu | Dəhşətə gətirən mənzərə

Dünya
05 октября 2024
Yaponiyanın yeni Baş nazirindən ABŞ-ni qəzəbləndirəcək təklif

Yaponiyanın yeni Baş nazirindən ABŞ-ni qəzəbləndirəcək təklif

Dünya
05 октября 2024
Son 24 saatda həlak olan Livan sakinlərinin sayı açıqlandı

Son 24 saatda həlak olan Livan sakinlərinin sayı açıqlandı

Dünya
05 октября 2024
İran XİN rəhbəri atəşkəs üçün ölkəsinin şərtini açıqladı

İran XİN rəhbəri atəşkəs üçün ölkəsinin şərtini açıqladı

Dünya
05 октября 2024
Xameneidən müharibə mesajı | Ali dini lider kürsüyə belə çıxdı

Xameneidən müharibə mesajı | Ali dini lider kürsüyə belə çıxdı

Dünya
05 октября 2024
Regionda vəziyyəti qarışdıracaq iddia | Rusiya FTX direktoru daha nələri açıqladı?

Regionda vəziyyəti qarışdıracaq iddia | Rusiya FTX direktoru daha nələri açıqladı?

Dünya
05 октября 2024
Выбранные
icon