Выбрать плеер:
Kiyevdə dəhşətli atışma: Ölənlərin sayı 6-ya çatdı - Baku TV
Kiyevin Qoloseyevski rayonunda küçədə və supermarketdə baş verən atışma nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko "Telegram" kanalında məlumat paylaşıb.
"Atışma zamanı xəsarət alan və daha əvvəl xəstəxanaya yerləşdirilən 10 nəfərdən biri vəfat edib. Bu, 30 yaşlarında qadındır. Onun şəxsiyyəti müəyyənləşdirilir", – o yazıb.
Qeyd olunur ki, ümumilikdə 15 nəfər xəsarət alıb, onlardan altısına hadisə yerində yardım göstərilib.
Скопировано
