Nəcəf şəhərində qum fırtınasına görə xəstəxanalara müraciət edənlərin sayı artıb
İraqın Nəcəf şəhərində baş verən qum fırtınası görmə məsafəsini azaldıb.
Yaşanan vəziyyət xüsusilə yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin xəstəxanalara müraciət etməsinə səbəb olub.
Qalın qum təbəqəsinə bürünmüş küçələr fonunda xəstələr “Al-Hakeem Hospital” xəstəxanasının təcili yardım şöbəsinə axışıb.
“Havadakı toz səbəbi ilə Nəcəfdə nəfəsalma çətinliyi hallarının sayı artıb, xüsusilə astma və xroniki ağciyər xəstəliyindən əziyyət çəkən insanlar arasında. Bu xəstələr belə şəraitə tab gətirə bilmirlər”, – deyə həkim Hüssam Heydər bildirib.
O əlavə edib ki, xəstəxana hazırlıqlı vəziyyətdədir və müalicə davam etdirilir, lakin belə hava şəraiti hətta sağlam insanların vəziyyətini də pisləşdirə biləcəyi üçün xəstələr müşahidə altında saxlanılır.
Тег #İraq используется
- ABŞ İraqın yeni Baş nazirindən nə tələb edir?
- “İraq İranla ABŞ arasında vasitəçi kimi çıxış edə bilər” | Əli Əl-Zaidi
- "Gözlənilməz hadisələr ola bilər!" | İranın "badına" gedən ölkəni nələr gözləyir?- Baku TV
- Yanacağın İraqdan Suriyaya daşınması mümkün olacaq
- İran və İraq vahid dövlət olacaq? | Ekspert nələri açıqladı? - Baku TV
